“Tottenhem”də 3 İTKİ

Xəbərlər
23 Sentyabr 2024 16:10
383
“Tottenhem”də 3 İTKİ

Avropa Liqasının Liqa mərhələsinin ilk turunda “Qarabağ”la qarşılaşacaq “Tottenhem”in heyətindəki itkilər bəlli olub.

İdman.biz xəbər verir ki, İngiltərə klubu sentyabrın 26-dakı matçda üç futbolçusunun xidmətindən yararlana bilməyəcək.

Bunlar Uilson Odobert, Rişarlison və Kristian Romerodur. Sonuncu cəza, digərləri zədə üzündən Azərbaycan çempionuna qarşı oynamayacaq.

Romero 18 ay əvvəl – 2023-cü ilin martında “Milan”la görüşdə qırmızı vərəqə alıb. “Tottenhem” həmin matçdan sonra avrokuboklarda oynamadığı üçün onun cəzası “Qarabağ”la qarşılaşmaya qalıb.

Uilson “Koventri” ilə Liqa kubokunun ötən həftə keçirilən görüşündə xəsarət alıb. Zədəsi ciddi olan futbolçunun uzun müddətə sıradan çıxdığı ehtimal edilir. Rişarlison məşqdə zədələdikdən sonra hələ də komandanın hazırlıqlarına qatılmır Onun məşqlərdə tam iştirak edəcəyi vaxt bəlli deyil.

Qeyd edək ki, “Qarabağ”la “Tottenhem” arasında sentyabrın 26-dakı matç Londonda baş tutacaq.

İdman.biz