Millimiz “Qəbələ” ilə yoldaşlıq görüşü keçirib

Xəbərlər
24 Sentyabr 2024 10:30
63
Millimiz “Qəbələ” ilə yoldaşlıq görüşü keçirib

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Qəbələ toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib.

İdman.biz xəbər verir ki, yığmamız “Qəbələ” ilə üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. U-18-in heyətində qolu 10-cu dəqiqədə Ziya Səkərxanov vurub.

Qeyd edək ki, sentyabrın 16-dan Qəbələdə təlim-məşq toplanışı keçən komandanın hazırlığı bu gün başa çatacaq.

İdman.biz