“Tottenhem” – “Qarabağ” oyununun hakimləri açıqlanıb

Xəbərlər
24 Sentyabr 2024 12:25
355
“Tottenhem” – “Qarabağ” oyununun hakimləri açıqlanıb

Avropa Liqasının Liqa mərhələsinin I turunun “Tottenhem” – “Qarabağ” oyununun hakimləri açıqlanıb.

İdman.biz xəbər verir ki, sentyabrın 26-da keçiriləcək görüşü Fransadan olan ədalət təmsilçiləri idarə edəcək.

Matçın baş hakimi Villi Delayod olacaq. Ona Ervan Finjean, Filipp Jeanne kömək edəcəklər. Tomas Leonard dördüncü hakim funksiyasını yerinə yetirəcək. Fransalı Benua Milot VAR, avstriyalı Alan Kiyas AVAR olacaq.

Qeyd edək ki, sentyabrın 26-da “Tottenhem Hotspur” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İdman.biz