“Xankəndi” klubu yaradılıb – klub ev oyunlarını BU STADİONDA keçirəcək

Xəbərlər
24 Sentyabr 2024 12:42
527
“Xankəndi” klubu yaradılıb – klub ev oyunlarını BU STADİONDA keçirəcək

AFFA 2024/25 Region Liqasında “Xankəndi” klubunun iştirakını təsdiqləyib.

İdman.bizin əldə etdiyi məlumata görə, komanda ev oyunlarını hələlik eyniadlı şəhərdə keçirməyəcək.

“Xankəndi” bu mövsüm rəqiblərini Şamaxı Olimpiya Mərkəzinin futbol meydançasında qəbul edəcək. Qarşıdakı günlərdə klubun heyəti və baş məşqçisi barəsində məlumat veriləcək.

Qeyd edək ki, komandanın təsisçisi Azərbaycan Minifutbol Liqasında çıxış edən “Real Bakı”nın rəhbəri Elnur Məcidovdur.

Emin Ağa
İdman.biz

Məqalədə: