“Tottenhem”in “Qarabağ”la oyun üçün “11-liy”i

Xəbərlər
24 Sentyabr 2024 13:26
379
“Tottenhem”in “Qarabağ”la oyun üçün “11-liy”i

“Tottenhem” Avropa Liqasının Liqa mərhələsinin I turunun “Qarabağ”la oyununa əsas heyətlə çıxacaq.

İdman.biz xəbər verir ki, Böyük Britaniya mətbuatı baş məşqçi Ange Postekoqlunun meydana buraxacağı “11-liy”i təxmin edib.

Mütəxəssis sentyabrın 26-da keçiriləcək görüşdə mümkün olan ən güclü “11-liy”ə güvənəcək. Londondakı qarşılaşmada yalnız cəzalı Kristian Romero, zədəlilər Rişarilson və Uilson Odobert iştirak etməyəcək.

Qapıçı: Quqlielmo Vikario;

Müdafiəçilər: Pedro Porro, Mikki Van de Ven, Radu Draqusin, Destini Udodji;

Yarımmüdafiəçilər: Ceyms Meddison, Rodriqo Bentankur, İv Bissuma;

Hücumçular: Son Xın Min, Dominik Solanke, Brennan Conson.

Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İdman.biz