Şafrankodan “Sabah”da tarixə düşməsinə münasibət: “Unudulmazdır”

Xəbərlər
24 Sentyabr 2024 14:24
66
Şafrankodan “Sabah”da tarixə düşməsinə münasibət: “Unudulmazdır”

“Bu tarixin bir parçası olduğuma görə çox şadam”.

Bunu İdman.bizə “Sabah”ın futbolçusu Pavol Şafranko deyib.

O, komandasının Azərbaycan çempionatları tarixində 250-ci qola imza atmasına və bu yubiley qolunun müəllifinin olmasına münasibət bildirib.

29 yaşlı hücumçu bununla bağlı əvvəldən məlumatlı olmadığını da vurğulayıb: “Əlbəttə, çox gözəl hislərdir. Hər bir futbolçu üçün bu anlar unudulmazdır. Ümid edirəm ki, bu möhtəşəm klub daha çox qol vuracaq. Komanda olaraq “Sabah”ın yüksək yerlərdə olması üçün əlimizdən gələni edəcəyik. Çalışırıq, məşqlər edirik. İnanıram ki, bunun qarşılığı mütləq olacaq”.

Qeyd edək ki, Şafranko bu qola Premyer Liqanın 7 turunda “Səbail”lə səfər görüşündə (4:2) imza atıb. Sloveniyalı futbolçu komandasının 4-cü qolunu vurub.

Banuçiçək Hüseynli
İdman.biz