UEFA-dan Kamal Umudluya növbəti təyinat

Xəbərlər
24 Sentyabr 2024 14:57
227
UEFA-dan Kamal Umudluya növbəti təyinat

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

İdman.biz xəbər verir ki, K.Umudlu UEFA Gənclər Liqasının II turu çərçivəsində keçiriləcək “Ştutqart” (Almaniya) – “Sparta” (Çexiya) oyununun baş hakimi olacaq.

Ona Namik Hüseynov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını almaniyalı Mark Filipp Ekermann yerinə yetirəcək.

Oktyabrın 1-də Ştutqart şəhərində yerləşən “Valdau” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.

İdman.biz

Məqalədə: