Azərbaycan klubunun baş məşqçisinə 5 oyunluq cəza

Xəbərlər
24 Sentyabr 2024 15:56
202
Azərbaycan klubunun baş məşqçisinə 5 oyunluq cəza

AFFA Azərbaycan çempionatının U-15 Liqasında yaşanan qalmaqala münasibət bildirib.

İdman.biz xəbər verir ki, qurumun İntizam Komitəsi “Metak” – “Neftçi” matçında baş verənlərə hüquqi qiymət verib.

Meydan sahiblərinin cəzalı baş məşqçisi Mehman Səfərov və klub nümayəndəsi Salman Səfərov oyunboyu yan xətt hakimini dəfələrlə təhqir ediblər. Buna görə Səfərovlar hərəyə 5 oyunluq cəza alıblar.

Görüş bitdikdən sonra azarkeşlər meydana daxil olaraq yan xətt hakiminə təzyiq etməyə çalışıblar. Bu üzdən “Metak”a xəbərdarlıq edilib.

İdman.biz