AFFA-dan sillə davasına reaksiya

Xəbərlər
24 Sentyabr 2024 15:58
189
AFFA-dan sillə davasına reaksiya

AFFA-nın İntizam Komitəsi Gənclər Liqasında baş verən xoşagəlməz hadisəni müzakirə edib.

İdman.biz xəbər verir ki, qurum “Kəpəz” – “Turan Tovuz” matçında sillə davasına çıxan futbolçuları cəzalandırıb.

Qərb derbisində meydan sahiblərindən Sənan Əliyev, qonaqlardan Elcan Xəlilov rəqibi şillə ilə vurduğuna görə qırmızı vərəqə ilə cəzalanıb. AFFA hər iki futbolçunu 4 oyun diskvalifikasiya edib.

İdman.biz