Avropa Liqasında yeni formatlı start: “Qalatasaray” PAOK-la üz-üzə

Xəbərlər
25 Sentyabr 2024 08:44
338
Avropa Liqasında yeni formatlı start: “Qalatasaray” PAOK-la üz-üzə

Bu gün Avropa Liqasının yeni formatda keçiriləcək Liqa mərhələsi start götürəcək.

İdman.biz xəbər verir ki, I turun ilk oyun günündə 9 matç baş tutacaq.

Əsas mərhələ Niderland və Norveçdəki matçlarla start götürəcək. “Qalatasaray” mərhələyə evdə başlayacaq. “Sarı-qırmızılar” PAOK-u sınağa çəkəcək.

Qeyd edək ki, I tura sentyabrın 26-da keçiriləcək 9 görüşlə yekun vurulacaq. Azərbaycan çempionu “Qarabağ” İngiltərədə “Tottenhem”lə üz-üzə gələcək.

Avropa Liqası
Liqa mərhələsi
I tur, 25 sentyabr

20:45. “Alkmaar” – “Eıfsborq”
20:45. “Bodo Qlimt” – “Porto”
23:00. “Anderlext” – “Ferentsvaroş”
23:00. “Dinamo” K – “Latsio”
23:00. “Midtulland” – “Hoffenhaym”
23:00. “Qalatasaray” – PAOK
23:00. “Lüdoqorets” – “Slaviya”
23:00. “Mançester Yunayted” – “Tvente”
23:00. “Nitsa” – “Real Sosyedad”

İdman.biz