La Liqa klubunda yeni müqavilə

Xəbərlər
25 Sentyabr 2024 08:55
56
La Liqa klubunda yeni müqavilə

İspaniyanın “Sevilya” klubu baş məşqçisi Xavyer Qarsiya Pimenta ilə müqaviləni uzadıb.

İdman.biz xəbər verir ki, bunu La Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.

50 yaşlı mütəxəssislə yeni müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub. O, 2024-cü ilin iyulundan bu vəzifəni tutur.

Qeyd edək ki, “Sevilya” Pimentanın rəhbərliyi altında La Liqada 7 matçda 8 xal toplayıb.

İdman.biz