Millimizin oyunlarının təqvimi müəyyənləşib

Xəbərlər
25 Sentyabr 2024 09:58
169
Millimizin oyunlarının təqvimi müəyyənləşib

Çimərlik futbolu üzrə Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

İdman.biz xəbər verir ki, A qrupunda yer alan komandamız oktyabrın 4-dən 15-dək İspaniyanın Kadiz şəhərində İspaniya, İngiltərə və Gürcüstan yığmaları ilə qarşılaşacaq.

Yığmamız sentyabrın 25-dən oktyabrın 3-dək Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışı keçəcək.

Oyunların təqvimini diqqətinizə çatdırırıq:

4 oktyabr
14:45. Azərbaycan - İngiltərə

5 oktyabr
14:45. Azərbaycan – Gürcüstan

7 oktyabr
20:00. İspaniya - Azərbaycan

İdman.biz

Məqalədə: