“Araz-Naxçıvan”ın qapıçısı milli komandada

Xəbərlər
25 Sentyabr 2024 10:07
276
“Araz-Naxçıvan”ın qapıçısı milli komandada

“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Moldova millisinə dəvət alıb.

İdman.biz xəbər verir ki, bunu Naxçıvan klubunun mətbuat xidməti açıqlayıb.

Qolkiper Millətlər Liqası çərçivəsində keçiriləcək matçlara çağırılıb. Moldova millisi oktyabrın 10-da Kişinyovda Andorra, 3 gün sonra səfərdə Malta ilə qarşılaşacaq.

Qeyd edək ki, 2021-ci ildən yığmaya çağırılan qapıçı 10 matç keçirib.

İdman.biz