İngilislər Juniniyonu fərqləndirib – “12-lik”

Xəbərlər
25 Sentyabr 2024 10:16
431
İngilislər Juniniyonu fərqləndirib – “12-lik”

İngiltərənin nüfuzlu BBC nəşri Avropa Liqasının startından öncə yarışda diqqət mərkəzində olacaq 12 futbolçudan ibarət siyahı hazırlayıb.

İdman.biz xəbər verir ki, cədvəldə gənc oyunçularla yanaşı, təcrübəli futbolçuların adları da yer alıb.

“12-liy”ə “Qarabağ”ın lideri Olavio Juninyo da daxil edilib. Nəşr ötən mövsüm 5-i Avropa Liqasında olmaqla, ümumilikdə 31 qol vuran braziliyalı hücumçunun yenə Azərbaycan çempionunun heyətində olacağını vurğulayıb: “Onun Çempionlar Liqasının təsnifat mərhələlərində vurduğu 6 qolu da saysaq, bu mövsümə yaxşı başladığını deyə bilərik”.

Cədvəldə Juninyo ilə bərabər, Niko Uilyams (“Atletik”), Fotis İonnidis (“Panatinaykos”), Amad Diallo (“Mançester Yunayted”), Cordan Henderson (“Ayaks”), Martin Subimendi (“Real Sosyedad”), Arçi Qrey (“Tottenhem”), Artyom Dovbik (“Roma”), Aleksandr Lyakazet (“Lion”), Edin Dzeko (“Fənərbaxça”), Çiro İmmobile (“Beşiktaş”) və Kasper Dolberqin (“Anderlext”) adları yer alıb.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin ilk oyununda “Tottenhem”lə qarşılaşacaq. Matç sabah Londonda keçiriləcək və saat 23:00-da start götürəcək.

İdman.biz