“Qarabağ”ı gözləyən İSTEDAD

Xəbərlər
25 Sentyabr 2024 10:32
249
“Qarabağ”ı gözləyən İSTEDAD

Avropa Liqasının Liqa mərhələsinin I turunda “Qarabağ”la görüşəcək “Tottenhem”in baş məşqçisi Ange Postekoqlunun oyunla bağlı bəzi planları üzə çıxıb.

İdman.biz xəbər verir ki, mütəxəssis matçın gedişindən asılı olaraq bir neçə gəncə avrokubok təcrübəsi toplamaq imkanı vermək niyyətindədir.

Böyük Britaniya mətbuatı London klubunun akademiyasının ən parlaq istedadlarından sayılan Mayki Murun da “Qarabağ”la görüşü gözlədiyini iddia edir. 17 yaşlı universal vinger “Tottenhem”in U-21 komandasının aparıcı oyunçusudur.

Amma Mur dünən “Ekseter Siti” ilə görüşün start heyətinə də daxili edilməyib. Onun məhz Avropa Liqası üçün qorunduğu ehtimal olunur. Premyer Liqanın "Brentford”la qarşılaşmasında 2 dəqiqəlik debüt şansı qazanan Mur böyük gələcək vəd edir. Bunadək U-21-in heyətində “Bristol”la qarşılaşmada qol və 2 assistə imza atan istedad Postekoqlunun da diqqətini çəkib.

Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” matçı sabah keçiriləcək.

İdman.biz