PFL-dən iki yeni mükafat

Xəbərlər
25 Sentyabr 2024 11:44
194
PFL-dən iki yeni mükafat

Peşəkar Futbol Liqası (PFL) iki yeni mükafat təsis edib.

İdman.biz xəbər verir ki, bunu qurumun mətbuat xidməti açqılayıb.

I Liqa və II Liqa yarışlarında da “Ayın qolu” seçiləcək. Qurumun bu layihəsinə I Liqa və II Liqada da start veriləcək.

İlk qaliblər sentyabr ayında vurulan qollar əsasında seçiləcək. PFL tərəfindən hər liqada ayın “TOP-5” qolu müəyyənləşdiriləcək. Ardınca həmin qollar PFL-in rəsmi feysbuk hesabında paylaşılacaq.

İzləyicilər ən çox bəyəndikləri qolu emojilər vasitəsilə seçə biləcəklər. Nəticələr video paylaşıldıqdan 3 gün sonra elan ediləcək.

I Liqada “Ayın qolu”nun müəllifi 500 AZN qazanacaq. II Liqada isə həm “Ayın qolu”nu vuran futbolçu, həm də onun çıxış etdiyi klub 500 AZN mükafat əldə edəcək.

Qeyd edək ki, Misli Premyer Liqasında avqustun ən yaxşı qoluna “Sumqayıt”ın futbolçusu Kamran Quliyev imza atıb.

İdman.biz

Məqalədə: