Avropa Liqası: Opta “Qarabağ”ı neçənci pillədə görür?

Xəbərlər
25 Sentyabr 2024 12:05
414
Avropa Liqası: Opta “Qarabağ”ı neçənci pillədə görür?

“Qarabağ”ın Avropa Liqasını qazanmaq şansı açıqlanıb.

İdman.biz xəbər verir ki, "Opta"nın ekspertlərinin işə saldığı superkompüter Ağdam təmsilçinin qalib olmasını 0,2 faizlə qiymətləndirib.

Komandamızın Liqa mərhələsində ilk rəqibi “Tottenhem” də yarışın “üçlüy”ündə yer ala bilməyib. Bu pillələrdə “böyük beşlik” ölkələrindən yalnız bir ispan klubu yer alıb.

Ən yüksək şans Portuqaliya “Portu”sundadır (17,8%). İspaniyanın Bilbao “Atletiko”su ikincidir (10,9%). İlk “üçlüy”ü gözlənilməz komanda qapayır. Bu, Çexiyanın Praqa “Slaviya”sıdır (9,6%).

“Qarabağ”ın rəqiblərindən ən iddialısı “Tottenhem” siyahıda 4-cü pillədə qərarlaşıb (8,6%). Digər ingilis klubu “Mançester Yunayted” 6-cıdır (7,1%). “Qırmızı şeytanlar”ın önündə və gerisində Roma təmsilçiləri qarşılaşıblar. “Roma” (8,2%) 5-ci, “Latsio” (6,1%) 7-cidir. İlk “onluq”da, həmçinin Türkiyədən “Qalatasaray” (5,2%), İspaniyadan “Real Sosyedad” və Almaniyadan “Ayntraxt” (hər ikisi 3,6%) yer alıblar.

Siyahıda 25-ci olan “Qarabağ”ın Liqa mərhələsində qarşılaşacağı digər rəqiblərdən “Lion” 14-cü (1,4%), “Olimpiakos” 17-ci (1,2%), “Bodo Qlimt” 22-cidir (0,6%). “Ayaks” 26-cı (0,2%), “Malmö” 29-cu (0,2%) olaraq, ağdamlılardan aşağı sıradadırlar. FCSB və “Elfsborq” isə heç bir şansı görünməyən 4 komanda sırasındadırlar.

İdman.biz