Co Kouldan “Tottenhem” - “Qarabağ” oyununa 3 PROQNOZ

Xəbərlər
25 Sentyabr 2024 13:28
536
Co Kouldan “Tottenhem” - “Qarabağ” oyununa 3 PROQNOZ

“Bu qarşılaşma “Tottenhem”in qələbəsi ilə bitməlidir”.

İdman.biz xəbər verir ki, bunu İngiltərə millisinin sabiq futbolçusu Co Koul deyib.

Karyerası ərzində “Çelsi”, “Liverpul”, “Vest Hem”, “Lill”, “Aston Villa”, “Koventri” və “Tampa Bey” klublarında oynamış 43 yaşlı veteran Avropa Liqasının “Tottenhem” – “Qarabağ” görüşü ilə bağlı proqnozlarını açıqlayıb: “Qarabağ” bir neçə il əvvəl Çempionlar Liqasında da oynayıb. Onların “Çelsi” ilə matçlarına baxdığımı xatırlayıram. Bu komanda Avropa Liqası və ya Konfrans Liqasına daha uyğun gəlirdi. “Qarabağ” yaxşı komanda idi, amma Çempionlar Liqası səviyyəsinə çatmırdı. Bu, onlar üçün çox böyük vəzifədir. “Tottenhem” həftəsonu yaxşı qələbə qazandı. Baş məşqçi Ange Postekoqlu da oyundan razılığını bildirib. Buna əmin deyiləm. Onların hələ zəif yerlər var. Amma düşünürəm ki, sabah “Tottenhem” asan qələbə qazanacaq”.

“Qarabağ”ın qol vurmayacağı qənaətində olan sabiq hücumçu “Tottenhem”in heyətində fərqlənəcək bir futbolçunun da adını çəkib: “Qarabağ”ın qol vuracağını gözləmirəm. Postekoqlunun komandasını bəyənirəm. Amma onlar böyük qüvvə ilə irəli atılmaqla rəqiblərinə qol imkanları verirlər. Lakin sabah “Tottenhem”in oyuna tam nəzarət edəcəyi qənaətindəyəm. Hesab edirəm ki, Dominik Solanke start heyətdə meydana çıxsa, qol vuracaq. O, son bir ildə ən çox inkişaf edən futbolçulardandır. Solanke möhtəşəm formadadır, bu matç da onun üçün qol vurmaq baxımından idealdır”.

Qeyd edək ki, sabah Londonda keçiriləcək “Tottenhem” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İdman.biz