“İdman.biz”in əməkdaşı “Tottenhem” - “Qarabağ” oyununu İngiltərənin tanınmış youtube kanalına şərh edib - VİDEO

Xəbərlər
25 Sentyabr 2024 16:01
357
“İdman.biz”in əməkdaşı “Tottenhem” - “Qarabağ” oyununu İngiltərənin tanınmış youtube kanalına şərh edib - VİDEO

Sabah “Qarabağ” Avropa Liqası 2024/25 mövsümünün ilk turunda Londonda “Tottenhem”lə qarşılaşacaq.

Oyun öncəsi İngiltərənin “Tottenhem” klubundan bəhs edən youtube kanalı qarşılaşma barədə dəyərləndirmə üçün “İdman.biz” saytına müraciət edib. İngiltərənin tanınmış blogeri Kris Koulinin suallarını saytımızın əməkdaşı Rasim Mövsümzadə cavablandırıb.

Videomaterialda hər iki rəqibin topa nəzarət etməyi sevməsi, “Qarabağ”ı məğlub etməyin asan olmayacağı, Azərbaycan çempionundan sensasiya gözləməyin mümkünlüyü və sair fikirlər yer alıb.

İdman.biz