Kilian Mbappe 3 həftəlik sıradan çıxıb

Xəbərlər
25 Sentyabr 2024 16:04
141
Kilian Mbappe 3 həftəlik sıradan çıxıb

"Real" hücumçusu Kilian Mbappenin zədələnib.

İdman.biz xəbər verir ki, fransalı futbolçu La Liqanın 7-ci turunun "Alaves"lə oyununda (3:2) sol budunda diskomfort hiss edib və 80-ci dəqiqədə əvəzlənib.

Madrid klubu Mbappenin bud nahiyəsindən zədə aldığını açıqlayıb. Klub oyunçunun sağalma qrafikini açıqlamayıb. İspaniya mətbuatı Kilianın təxminən üç həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib.

İdman.biz