“Qəbələ”nin 700-cü oyunu

Xəbərlər
25 Sentyabr 2024 16:18
185
“Qəbələ”nin 700-cü oyunu

“Qəbələ” tarixində 700-cü rəsmi matçı keçirəcək.

İdman.biz xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Bölgə təmsilçisi I Liqanın III turunda “Mingəçevir”lə görüşəcək. Qəbələ şəhər stadionunda keçiriləcək görüş “qırmızı-qaralar” üçün yubileylə əlamətdar olacaq.

Komanda tarixinin 700-cü matçına çıxacaq. İndiyədək 699 oyun keçirən “Qəbələ” Premyer Liqada 540, ölkə kubokunda 85, avrokuboklarda 42, I Liqada 32 qarşılaşmada qüvvəsini sınayıb.

“Qırmızı-qaralar” bu matçlarda 283 qələbə qazanıb, 177 heç-heçə edib və 239 dəfə uduzub. 900 qol vuran komanda 794 top buraxıb.

Qeyd edək ki, “qırmızı-qaralar” tarixində ilk oyunu 2005-ci il sentyabrın 21-də “Şərur”a qarşı keçirib. Komanda I dəstənin ev görüşündə 8:0 hesabı ilə qalib gəlib.

İdman.biz

Məqalədə: