Benzianın komanda yoldaşı “Qarabağ”a rəqib olub

Xəbərlər
25 Sentyabr 2024 16:24
59
Benzianın komanda yoldaşı “Qarabağ”a rəqib olub

“Qarabağ”ın Avropa Liqasında rəqibi olan “Olimpiakos” əlcəzairli futbolçu Adam Unasla güclənib.

İdman.biz xəbər verir ki, bu barədə nüfuzlu insayder Fabrizio Romano məlumat yayıb.

Müqavilə 2026-cı ilin yayına qədər bağlanılıb. Unas azad agent kimi "Olimpiakos"a keçib. Onun "Lill"lə müqaviləsi iyunun sonunda başa çatıb.

Cinah hücumçusu karyerası ərzində "Bordo", "Napoli", "Nitsa", "Kalyari" və "Krotone" klublarında çıxış edib. O, “Qarabağ”ın futbolçusu Yassin Benziyanın da formasını geyindiyi Əlcəzair millisində 28 oyun keçirib və 5 qol vurub. Hazırda futbolçunun transfer dəyəri 4 milyon avro qiymətləndirilir.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının Liqa yolunun VIII turunda, yanvarın 30-da “Olimpiakos”la səfərdə üz-üzə gələcək.

İdman.biz