“Tottenhem”lə “Qarabağ”ı ayıran MİLYONLAR

Xəbərlər
25 Sentyabr 2024 16:34
345
“Tottenhem”lə “Qarabağ”ı ayıran MİLYONLAR

Avropa Liqasının Liqa mərhələsinin I turu çərçivəsində keçiriləcək “Tottenhem” – “Qarabağ” oyunu ərəfəsində komandaların futbolçularının ümumi transfer qiyməti bəlli olub.

İdman.biz xəbər verir ki, hər iki klubun təkcə avrokubok üçün sifariş olunan deyil, bütün heyətindəki oyunçuların dəyərində böyük fərq müşahidə olunur.

İngiltərə Premyer Liqasında iştirak edən London klubunun 25 futbolçusunun ümumi qiymət 639,8 milyon avro təşkil edir. 26 futbolçudan ibarət "Qarabağ”da bu rəqəm cəmi 17 milyona bərabərdir. İki göstərici arasında təxminən 38 qat fərq mövcuddur.

İki klubun heyətində ən bahalı futbolçu Ceyms Maddisonun dəyəri 58 milyona bərabərdir. Tək o deyil, “Tottenhem”in 15 futbolçusunun qiyməti təmsilçimizin ümumi göstəricisindən – 17 milyondan yuxarıdır.

“Qarabağ”da ən yüksək qiymət Olavio Juninyodadır. Braziliyalı hücumçu 1,7 milyonla dəyərləndirilir.

“Tottenhem”: 25 futbolçu, 639,8 milyon avro

Qapıçılar: Quqlielmo Vikario (29,1 milyon), Frezer Förster (999,4 min), Brendon Ostin (499,7 min), Elf Uiteman (416,4 min);

Müdafiəçilər: Kristian Romero (54,1 milyon), Mikki van de Ven (45,8 milyon), Radu Draquşin (20,8 milyon), Ben Devis (8,3 milyon), Destini Udodji (37,5 milyon), Serxio Reqilon (10 milyon), Pedro Porro (37,5 milyon), Ced Spens (6,7 milyon);

Yarımmüdafiəçilər: İv Bissuma (29,1 milyon), Pape Matar Sarr (37,5 milyon), Rodriqo Bentankur (29,1 milyon), Arçi Qrey (15 milyon), Ceyms Meddison (58,3 milyon), Dejan Kuluşevski (45,8 milyon), Lukas Berqvall (8,3 milyon);

Hücumçular: Son Xın Min (37,5 milyon), Timo Verner (14,2 milyon), Uilson Odobert (8,3 milyon), Brennan Conson (40 milyon), Dominik Solanke (33,3 milyon), Rişarlison (31,7 milyon).

“Qarabag”: 26 futbolçu, 17 milyon

Qapıçılar: Mateuş Koxalski (1,3 milyon), Şahruddin Məhəmmədəliyev (750 min), Fabiyan Buntiç (500,1 min), Amin Ramazanov (166,7 min), Sadiq Məmmədzadə (125 min);

Müdafiəçilər: Bəhlul Mustafazadə (416,7 min), Kevin Medina (375,1 min), Bədavi Hüseynov (166,7 min), Toral Bayramov (833,4 min), Elvin Cəfərquliyev (625,1 min), Mateus Silva (416,7 min), Abbas Hüseynov (270,9 min), Marko Veşoviç (208,4 min);

Yarımmüdafiəçilər: Julio Romao (541,9 min), Aleksey İsayev (708,6 min), Marko Yankoviç (416,7 min), Patrik Andrade (375,1 min), Riçard Almeyda (83,4 min), Yassin Benzia (1 milyon);

Hücumçular: Abdullah Zubir (541,9 min), Aleksey Kaşuk (1,5 milyon), Leandro Andrade (1,3 milyon), Nəriman Axundzadə (1 milyon), Emmanuel Addai (833,4 min), Juninyo (1,7 milyon), Musa Qurbanlı (500,1 min), Redon Cica (333,5 min).

Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İdman.biz