“Araz-Naxçıvan” – “Səbail” oyununun yeri dəyişdirilib - SƏBƏB

Xəbərlər
25 Sentyabr 2024 16:56
210
“Araz-Naxçıvan” – “Səbail” oyununun yeri dəyişdirilib - SƏBƏB

Misli Premyer Liqasının 8-ci turunun “Araz-Naxçıvan” – “Səbail” görüşü Sumqayıtda yerləşən “Kapital Bank Arena”da keçiriləcək.

İdman.biz xəbər verir ki, “Liv Bona Dea Arena” stadionunun qazonunda aparılan renovasiya işləri ilə əlaqədar “Araz-Naxçıvan” klubunun rəsmi müraciəti, Peşəkar Futbol Liqasının təftişi və Əsasnamənin müvafiq bəndinə uyğun olaraq bu qərar verilib.

Görüş əvvəlcədən nəzərdə tutulduğu kimi sentyabrın 27-də saat 19:00-da başlanacaq.

İdman.biz