“Kəpəz”in futbolçusu 3 həftəlik sıradan çıxıb

Xəbərlər
25 Sentyabr 2024 17:51
141
“Kəpəz”in futbolçusu 3 həftəlik sıradan çıxıb

Misli Premyer Liqasının VII turunda "Şamaxı" ilə oyunda zədələnərək əvəzlənən Elmir Tağıyevin son durumu müəyyənləşib.

İdman.biz xəbər verir ki, MRT müayinəsindən keçirilən yarımmüdafiəçinin qasıq nahiyəsində əzələ yırtığı aşkarlanıb.

Futbolçuya 3 həftəlik müalicə prosesi təyin olunub.

Qeyd edək ki, matç “Şamaxı”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.biz