SOCAR-la Türkiyə klubu arasında sponsorluq müqaviləsi

Xəbərlər
25 Sentyabr 2024 20:03
229
SOCAR-la Türkiyə klubu arasında sponsorluq müqaviləsi

SOCAR Türkiyə 1-ci Liqası klubu "Iğdır" arasında sponsorluq müqaviləsi imzalanıb.

İdman.biz xəbər verir ki, bu barədə qonşu ölkə mətbuatında məlumat yayılıb.

"Iğdır" klubunun bazasında keçirilən mərasimdə SOCAR Türkiyənin direktoru Elçin İbadov, klubun prezidenti Cantürk Alagöz və futbolçular iştirak ediblər. Bağlanan müqaviləyə görə "Iğdır"ın formalarında SOCAR loqosu olacaq.

Mərasimdə çıxış edən SOCAR Türkiyənin direktoru Elçin İbadov qonşu ölkədə bir çox iqtisadi layihələrə, eləcə də idmana dəstək verdiklərini bildirib. O, "Iğdır" klubu ilə əməkdaşlıqdan məmnun duyduğunu deyib və bu anlaşmanın hər iki ölkə üçün xeyirli olmasını arzulayıb.

Klub prezidenti Cantürk Alagöz isə çıxışında qardaş ölkə Azərbaycan ən böyük enerji və Türkiyənin ən böyük xarici investitsiya şirkətinin "Iğdır"a dəstək verməsindən böyük qürur hissi keçirdiklərini bildirib.

Qeyd edək ki, bundan əvvəl SOCAR qardaş ölkədə "Qalatasaray"la sponsorluq müqaviləsi imzalamışdı.

İdman.biz