Ange Postekoqlunun "Qarabağ"la bağlı suala cavabı: "İngiltərə mətbuatına inanmayın"

Xəbərlər
25 Sentyabr 2024 21:24
404
Ange Postekoqlunun "Qarabağ"la bağlı suala cavabı: "İngiltərə mətbuatına inanmayın"

"Heç vaxt İngiltərə mətbuatına inanmayın".

İdman.biz xəbər verir ki, bunu “Tottenhem”in baş məşqçisi Ange Postekoqlu "Qarabağ"la oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis "Qarabağ"la qarşılaşmada hücum futbolu oynayacaqları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: "Belə şeylərə güvənməyin. Biz öz oynumuzu nümayiş etdirəcəyik. Müəyyən oyun planımız var. Məncə, bu, bizim komanda kimi inkişafımıza kömək edib. Müxtəlif oyun üslubu olan rəqiblərlə qarşılaşmaq bu baxımdan çox faydalıdır. İstənilən halda öz oynumuzu göstərməlı, daha aqressiv çıxış etməliyik. Ümid edirəm ki, "Qarabağ"n öhdəsindən gələcəyik".

Qeyd edək ki, "Tottenhem" - "Qarabağ" matçı sabah saat 23:00-da start götürəcək.

İdman.biz