Qurban Qurbanov: "Səliqəli və intizamlı oynamağa çalışacağıq"

Xəbərlər
25 Sentyabr 2024 21:41
305
Qurban Qurbanov: "Səliqəli və intizamlı oynamağa çalışacağıq"

"Rəqib haqqında çox danışmağa ehtiyac yoxdur. Dünyanın ən güclü çempionatında iştirak edən komanda ilə qarşılaşacağıq. "Tottenhem" həmişə liderlər sırasında olub".

İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın baş məqçisi Qurban Qurbanov Avropa Liqasının ilk turunda "Tottenhem"lə keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis "Qarabağ"ın oyuna hazır olduğunu bildirib: "Oyuna hazırıq. Sabah səliqəli və intizamlı oynamağa çalışacağıq. Belə bir stadion və azarkeş qarşısında oynamaq bizim üçün böyük təcrübədir. Futbolçularımız böyük güc sərf edib, yaxşı oyun göstərməyə çalışacaqlar".

Qurbanov 9 il əvvəl Avropa Liqasında "Tottenhem"lə qarşılaşdıqları oyunu yaxşı xatırladığını bildirib: "Tottenhem"lə 2015-ci ildə keçirdiyimiz oyun yadımdadır. Burada 1:3 hesabı ilə uduzmuşduq. O vaxt yaxşı komanda və güclü rəqibləri var idi. İndi vəziyyət dəyişib, daha dinamik və sürətli futbol nümayiş etdirilir. Yeni baş məşqçinin fərqli fəlsəfəsi var. Rəqib bəlkə də Premyer Liqanın ən sürətli pressinq edən komandalarından biridir".

"Qarabağ"ın baş məşqçisi Avropa Liqasındakı rəqiblərin güclü olduğunu deyib: "Avropa Liqasının klubları Çempionlar Liqasından heç də çox fərqlənmir. 60 faiz komanda səviyyəsinə görə orada oynamağa layiqdir. Biz istənilən turnirdə ən yuxarılarda olmağa və layiqli mübarizə aparmağa çalışmışıq. Böyükhesablı məğlubiyyətə gəlincə, dünya futbolunda belə hallara rast gəlinir. Belə böyük komandaların bizim kimi rəqiblərə böyük hesabla qalib gəlmək ehtimalı çoxdur. Biz də hər oyunda tam ciddi və diqqətli hazırlaşırıq".

İdman.biz