"Qarabağ"ın rəqiblərindən fərqli nəticələr

Xəbərlər
25 Sentyabr 2024 23:11
606
"Qarabağ"ın rəqiblərindən fərqli nəticələr

Avropa Liqasının 2024/2025 mövsümünə "Qarabağ"ın rəqiblərinin oyunları ilə start verilib.

İdman.biz xəbər verir ki, "Elfsborq" səfərdə uduzub, "Bodo-Qlimt" evdə qalib gəlib.

İsveç təmsilçisi Niderlandda "Alkmaar"ın qonağı olub. Hesabı qonaqlar açsalar da, sonradan meydan sahibləri oyunda dönüş yaradıblar - 3:2.

"Bodo-Qlimt" isə öz meydanında güclü "Porto"ya qalib gəlib. Bu qarşılaşmada da 3:2 hesabı qeydə alınıb.

Qeyd edək ki, Azərbaycan çempionu 4-cü turda “Bodo Qlimt"lə (7 noyabr), VI turda “Elfsborq”la (11 dekabr) qarşılaşacaq. Hər iki oyun səfərdə baş tutacaq.

İdman.biz