“Fənərbaxça” qalib gəlib, “Beşiktaş”a Amsterdamda ağır zərbə

Xəbərlər
27 Sentyabr 2024 00:56
401
“Fənərbaxça” qalib gəlib, “Beşiktaş”a Amsterdamda ağır zərbə

Bu gün Avropa Liqasının Liqa mərhələsində I tura yekun vurulub.

İdman.biz xəbər verir ki, ikinci oyun günündə 9 matç baş tutub.

Türkiyənin iki klubu meydana çıxıb. “Fənərbaxça” “Union Sent Jiloaz”ı qəbul edib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Beşiktaş” isə Amsterdamda eyni uğuru təkrar edə bilməyib. “Ayaks”ın qonağı olan "qara qartallar" öz qapısından 4 cavabsız top buraxıblar.

Qeyd edək ki, II turun matçları oktyabrın 3-də keçiriləcək.

Avropa Liqası
Liqa mərhələsi
I tur, 26 sentyabr

20:45. “Fənərbaxça” – “Union Sent Jiloaz” - 2:1
20:45. “Malmö” – “Reyncers” - 0:2
23:00. “Ayaks” – “Beşiktaş” - 4:0
23:00. “Ayntraxt” – “Viktoriya” - 3:3
23:00. FCSB – RFS - 4:1
23:00. “Lion” – “Olimpiakos” - 2:0
23:00. “Roma” – “Atletik” - 1:1
23:00. “Braqa” – “Makkabi” TƏ - 2:1
23:00. “Tottenhem” – “Qarabağ” - 2:0

İdman.biz