"Qalatasaray"ın heyətində meydana çıxdığı 3-cü oyunda da meydanı qol vurmadan tərk edən Viktor Osimhen hər üç qarşılaşmada məhsuldar ötürmə ilə yadda qalıb.
İdman.biz xəbər verir ki, nigeriyalı forvardın klub yarışlarında qolsuz seriyası artıq 5 oyuna çatıb.
Osimhen "Napoli"nin heyətində ötən mövsümün son iki matçında da fərqlənə bilməyib. 25 yaşlı futbolçunun karyerasında ən uğursuz dövr isə 2021-ci ilin yanvar-fevral aylarına təsadüf edir: ardıcıl 8 oyunda "Napoli"nin rəqiblərinin qapısına yol tapa bilməyib.
Qeyd edək ki, o, sonuncu dəfə bu il sentyabrın 7-də Nigeriya millisinin Beninə 3:0 hesabı ilə qalib gəldiyi oyunda qol vurub.
İdman.biz