“Tottenhem” şərhçisi: “Qurban Qurbanovun komandası bunlarla öyünə bilər”

Xəbərlər
26 Sentyabr 2024 17:47
519
“Tottenhem” şərhçisi: “Qurban Qurbanovun komandası bunlarla öyünə bilər”

“Qarabağ” ötən mövsüm Avropa Liqasının 1/8 finalında “Bayer”i mübarizədən kənarlaşdırmağın bir addımlığında idi”.

İdman.biz xəbər verir ki, bunu İngiltərənin “Tottenhem” klubunun şərhçisi Rob Deyli deyib.

Klub rəsmisi Avropa Liqasının Liqa mərhələsinin I turunun bugünkü matçı ərəfəsində “Qarabağ”ı dəyərləndirib: “Bu komandanın futbolçuları bir vəhdət təşkil edirlər. Qurban Qurbanovun komandası hücumda yaratdığı təhlükələr və taktiki universallığı ilə öyünə bilər”.

Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İdman.biz