"Qarabağ"ın avtobusu tıxacda qalıb - oyun gecikib

Xəbərlər
26 Sentyabr 2024 22:57
251
"Qarabağ"ın avtobusu tıxacda qalıb - oyun gecikib

Avropa Liqasının "Tottenhem" - "Qarabağ" matçının başlama saatı dəyişib.

İdman.biz xəbər verir ki, buna səbəb London şəhərindəki tıxac problemidir.

Qarşılaşma nəzərdə tutulduğu kimi saat 23:00-da start götürməyəcək. "Qarabağ" oyunun keçirildiyi "Tottenham Stadium" arenasına 22:45-də çata bilib.

Oyunun 23:35-də start götürməsi gözlənilir.

İdman.biz