Qurban Qurbanov: "Tıxacda qalmaq oyunçularımıza böyük təsir etdi"

Xəbərlər
27 Sentyabr 2024 01:55
39
Qurban Qurbanov: "Tıxacda qalmaq oyunçularımıza böyük təsir etdi"

"Təsəvvür edin ki, iki saat yarımdan çox tıxacda qaldıq. Hər hansı bəhanə gətirmək istəmirəm. Belə olmamalı idi".

İdman.biz xəbər verir ki, bunu "Tottenhem"lə oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Avropa Liqasının ilk turunda Londonda keçirilən oyundan əvvəl komandanın tıxacda qalmasının futbolçulara təsir etdiyini bildirib: "Biz stadiona özümüz gəlməli idik. Avtobusu müşayiət etmək üçün polis yox idi. Bu amil oyunçularımıza böyük təsir etdi. Amma bu rəqibimiz uğuruna kölgə salmır. Buraya gələn kimi bizə 40 dəqiqədən sonra oyuna başlamalı olduğumuzu dedilər. Biz lazımi qədər vaxtımız olmadı. Amma belə hallar baş verən hadisələrdir".

Qeyd edək ki, "Qarabağ" Londonda 0:3 hesabı ilə uduzub.

İdman.biz