Qurban Qurbanov: "Təcrübə və ustalıq qalib gəldi" - MÜSAHİBƏ

Müsahibə
27 Sentyabr 2024 02:09
44
Qurban Qurbanov: "Təcrübə və ustalıq qalib gəldi" - MÜSAHİBƏ

"Rəqibi təbrik edirəm".

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsində İngiltərənin “Tottenhem” komandası ilə qarşılaşdıqları matçdan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis bildirib ki, rəqib bu gün olduqca layiqli qələbə əldə edib: “Bəlkə də bu gün 3:0 uduzmağa layiq deyildik. Çünki xeyli sayda şanslarımız oldu. Amma hər bir halda həm təcrübə, həm ustalıq qalib gəldi. Futbolçularıma çoxda iradım yoxdur. Amma daha yaxşı oynaya bilərdilər”.

- Bütün oyun ərzində üstünlük “Qarabağ”da idi. Hətta rəqibdən yaxşı oynadız. Amma əfsuslar olsun ki, hesab rəqibin üstünlüyü ilə bitdi. Bunun səbəbi nədir?

- ⁠Futbolçularda həyəcan var idi. Dünya futbolunun ən güclü çempionatı burda keçirilir. Dünən də bildirdiyim kimi “Tottenhem” hər zaman liderlər sırasında olub. Daim yuxarı yerlər üçün oynaylblar. Futbolçularım da bunu dərk edirdilər. Təbii ki, bu da onlarda istər-istəməz həyəcana səbəb olurdu. Sadəcə bu mane oldu. Çünki bizim Avropa Liqası təcrübəmiz var, amma hər bir halda elə oyunçularımız var ki, bu səviyyəyə yeni gəlib çatıblar. Tam formalaşmayıblar. Rəqibin ustalığı bizə qalib gəldi. Meydan sahibləri rahat oynadı bu da bizə arxayınlıq verdi. Bəlkə də bu texniki səhvlərimizə gətirib çıxartdı. Biz onlara şərait yaratdıq ki, qol vursunlar. Bəsit qollar buraxdıq. Normaldır. Amma daha yaxşı oynaya bilərdik, bundan da yaxşı ola bilərdi.

- ⁠Siz tıxacda qalmışdınız və oyun bir neçə dəqiqə gec başlamalı oldu. Bu sizin oyunçulara necə təsir etdi?

- ⁠Bəlkə bu barədə danışsam düzgün çıxmaz. Təsəvvür edin ki, 2 saat demək olar ki, 30 dəqiqə yola olmuşu. Futbolçular istər-istəməz oturaq vəziyyətdə gəlirlər. Təbii ki, bu onlara təsir edir. Sadəcə bunu səbəb kimi gətirmək istəmirəm. Belə bir böyük turnirdə bu cür hallar yaşanmalı deyil. Sadəcə bu ölkənin öz qayda qanunları var ki, polis verilmir. Lakin belə oyunlarda olması mütləqdir. Çox böyük təsir oldu. Amma yenə də futbolçuları buna görə rəqibin qalibiyyətinə göz yummaq istəmirəm. Rəqib üstün idi. Amma stadiona çıxandan 40 dəqiqə sonra oyun başlamalı idi. Ancaq biz razılaşa da bilmədik. Təsir böyük oldu. Belə hadisələr illər ərzində bir dəfə yaşanır. Məncə üzrlü sayılmalıdır.

Banuçiçək Hüseynli
İdman.biz