Ange Postekoqlu: "Qələbəyə baxmayaraq, startdan narazı qaldım"

Xəbərlər
27 Sentyabr 2024 02:19
506
Ange Postekoqlu: "Qələbəyə baxmayaraq, startdan narazı qaldım"

"Oyuna heç də yaxşı başlamadıq".

İdman.biz xəbər verir ki, bunu "Tottenhem"in baş məşqçisi Ange Postekoqlu deyib.

O, Avropa Liqasının ilk turunun "Qarabağ"la matçında qazanılan 3:0 hesablı qələbəni şərh edib: "Brennan bizim üçün vacib oyunçudur. O, hücumda Son və Solanke ilə yaxşı çıxış etdi. Biz oyuna daha yüksək tempdə başlamağı planlamışdıq. Qırmızı vərəqəyə kimi biz ötürmələrdə passiv oynadıq və təəssüf ki, nəticədə Draquş buna görə cəzalandı. Bundan sonra reaksiyamız yaxşı oldu. Qələbə qazandığımıza baxmayaraq, startdan narazı qaldım".

Qeyd edək ki, "Tottenhem" "Qarabağ"la qarşılaşmanın 7-ci dəqiqəsində azlıqda qalıb.

İdman.biz