Avropa Liqasında Liqa mərhələsinin I turu başa çatıb.
İdman.biz xəbər verir ki, ilk oyun həftəsində 18 matç baş tutub.
Bu qarşılaşmalardan sonra ilk dəfə yeni formatda keçirilən turnirin liderləri bəlli olub. “Ayaks” 1-ci, FCSB 2-ci yerdədir. Hər iki klub Azərbaycan çempionu “Qarabağ”ın qarşıdakı turlardakı rəqibləri sırasındadır.
İlk “üçlüy”ü “Latsio” qapayır. “Tottenhem” 4-cü pillədə yer alıb.
Sonuncularla İngiltərədəki matçda 3 cavabsız qol buraxan Qurban Qurbanovun yetirmələri isə 34-cü yerə şərikdir. “Qarabağ” Kiyev “Dinamo”su ilə eyni mövqeyi bölüşür. Bu iki komanda yalnız “Beşiktaş”dan öndədir.
Qeyd edək ki, 8 turdan sonra 1-8-ci yerlər 1/8 finala, 9-24-cü yerlər pley-offa yüksələcək. Digər 12 klub üçün mövsüm bitəcək.
İdman.biz