“Qarabağ” - “Malmö” oyununun biletləri satışa çıxarılır

Xəbərlər
27 Sentyabr 2024 10:04
413
“Qarabağ” - “Malmö” oyununun biletləri satışa çıxarılır

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Malmö" (İsveç) oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılacaq.

İdman.biz xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

Azarkeşlər biletləri Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şop, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından və iTicket.az-ın satış məntəqələrindən əldə edə bilər.

Qeyd edək ki, qarşılaşma oktyabrın 3-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

İdman.biz

Məqalədə: