Fabrizio Romano Qurbanovun bərk qəzəbləndiyini yazıb - FOTO

Xəbərlər
27 Sentyabr 2024 10:10
473
Fabrizio Romano Qurbanovun bərk qəzəbləndiyini yazıb - FOTO

Məşhur futbol insayderi Fabrizio Romano sosial şəbəkələrdəki səhifəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “Tottenhem”lə oyun öncəsi tıxaca düşmələrinə görə bərk qəzəbləndiyini yazıb.

İdman.biz xəbər verir ki, italiyalı azərbaycanlı məşqçidən belə sitatlar təqdim edib.

"Təsəvvür edin ki, iki saat yarımdan çox tıxacda qalmısınız".

“Sadəcə bəhanə gətirə bilmərəm, bu baş verməməli idi və bizi müşayiət edəcək polis yox idi. Bu, oyunçularımıza böyük təsir göstərsə də, rəqiblərimizin gücünü də qeyd etməliyik”.

“Onlar yaxşı komandadır və bunu etiraf edirik. Amma gəldikdən cəmi 40 dəqiqə sonra oyuna başlamağımızı bildirdilər və biz kifayət qədər hazır deyildik. Belə olmamalıdır”.

İdman.biz