“Tottenhem”in futbolçusu: “Gecikməni və qırmızı vərəqəni nəzərə alsaq...”

Xəbərlər
27 Sentyabr 2024 11:12
472
“Tottenhem”in futbolçusu: “Gecikməni və qırmızı vərəqəni nəzərə alsaq...”

“Oyuna daha yaxşı başlaya bilərdik. Amma toparlanaraq işimizi gördük”.

İdman.biz xəbər verir ki, bunu “Tottenhem”in futbolçusu Dominik Solanke deyib.

Hücumçu Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”a 3:0 hesabı ilə qalib gəldikləri matçı şərh edib. O bildirib ki, qələbəyə rəğmən görüş onlar üçün çətin keçib: “Uşaqlar əzmkarlıq göstərdilər və komandamıza xas olan ruhu nümayiş etdirdilər. Matçın yerli vaxtla 20:00-da başlayacağına köklənmişdik. Amma məlum səbəblərdən gecikmə oldu. Oyun öncəsi məşqi hissələrə böldük. Matçın gecikməsini və qırmızı vərəqəni nəzərə alsaq, çətin axşam oldu”.

Qeyd edək ki, Solanke komandasının 3-cü qolunun müəllifi olub. O, 68-ci dəqiqədə fərqlənib.

İdman.biz