“Qarabağ” hansı göstəricidə 1 nömrədir? – Avropa Liqasında

Xəbərlər
27 Sentyabr 2024 12:05
399
“Qarabağ” hansı göstəricidə 1 nömrədir? – Avropa Liqasında

Avropa Liqasının Liqa mərhələsinin I turunun statistik göstəriciləri açıqlanıb.

İdman.biz xəbər verir ki, 36 iştirakçı klubun ilk oyundakı müxtəlif göstəriciləri bəlli olub.

İngiltərədə “Tottenhem”ə 0:3 hesabı ilə uduzan Azərbaycan çempionu “Qarabağ” bəzi məqamlarda ön sıralarda yer alıb.

Qurban Qurbanovun komandası ofsayda düşmək sayında I turun rekorduna şərik olub. “Qarabağ” Londonda 6 dəfə oyundan kənar vəziyyətə düşüb. Yalnız “Olimpiakos”la “Roma” eyni göstəriciyə malikdir.

Hücum futboluna üstünlük verən “Qarabağ” ofsayda düşdüyü kimi künc zərbələrində də ön pillələrdədir. Ağdam klubu səfərdə 9 korner yerinə yetirib. “Qalatasaray” və “Porto”da da eyni rəqəm qeydə alınıb. Yalnız üç komanda – “Mançester Yunayted”, “Midtulland” və “Atletik” təmsilçimizi qabaqlayır – hərəyə 10 dəfə.

Qeyd edək ki, yeni formatda keçirilən Liqa mərhələsi 8 turdan ibarət olacaq.

İdman.biz

Məqalədə: