Rəqiblərin qırmızı vərəqə aldığı oyunlar

Xəbərlər
27 Sentyabr 2024 12:46
227
Rəqiblərin qırmızı vərəqə aldığı oyunlar

2024/25 mövsümü UEFA Avropa Liqasının liqa mərhələsi ilk turu çərçivəsində “Qarabağ”la oyunun artıq 7-ci dəqiqəsində azlıqda qalan “Tottenhem”, buna baxmayaraq, 3:0 hesablı qələbə qazanıb.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionunun rəqiblərinin avrokuboklarda sayca ən tez azlıqda qalması 2015-ci ildə Bakıda “Yanq Boys”la qarşılaşmada qeydə alınıb.

İsveçrə klubu artıq 3-cü dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb və nəticədə 0:3 hesabı ilə məğlub olub.

Avrokuboklarda “Qarabağ”ın rəqiblərinin qırmızı vərəqə aldığı oyunları təqdim edirik. Həmin qarşılaşmalardan 11-də Azərbaycan təmsilçisi say üstünlüyündən istifadə edərək qalib gəlib, 4-də heç-heçə edib, 4-də də məğlub olub.

27.08.1997 Kopenhagen (Danimarka) – Qarabağ 4:0 (90 dəq., birbaşa + “Qarabağ” da 1 qırmızı vərəqə)
29.07.2010 Visla Krakov (Polşa) – Qarabağ 0:1 (83 dəq., ikinci sarı vərəqə)
22.07.2014 Qarabağ – Valletta (Malta) 4:0 (19 dəq., birbaşa və 84, ikinci sarı vərəqə)
15.07.2014 Valetta (Malta) – Qarabağ 0:1 (84 dəq., birbaşa)
30.07.2014 Qarabağ – Zalsburq (Avstriya) 2:1 (34 dəq., birbaşa + “Qarabağ” da 2 qırmızı vərəqə)
27.08.2015 Qarabağ – Yanq Boys (İsveçrə) 3:0 (3 dəq., birbaşa)
26.07.2016 Viktoriya Plzen (Çexiya) – Qarabağ 0:0 (75 dəq., ikinci sarı vərəqə)
08.12.2016 Qarabağ – Fiorentina (İtaliya) 1:2 (85 dəq., ikinci sarı vərəqə)
31.10.2017 Atletiko Madrid (İspaniya) – Qarabağ 1:1 (88 dəq., ikinci sarı vərəqə + “Qarabağ” da 1 qırmızı vərəqə)
11.07.2018 Olimpiya (Sloveniya) – Qarabağ 0:1 (85 dəq., birbaşa + “Qarabağ” da 1 qırmızı vərəqə)
18.07.2018 Qarabağ – Olimpiya (Sloveniya) 0:0 (90+5 dəq., ikinci sarı vərəqə)
01.08.2018 Qarabağ – Kukesi (Albaniya) 3:0 (54 dəq., birbaşa)
03.10.2019 Düdelanj (Lüksemburq) – Qarabağ 1:4 (62 dəq., ikinci sarı vərəqə)
26.08.2020 Qarabağ – Şerif (Moldova) 2:1 (37 dəq., birbaşa)
25.11.2021 Qarabağ – Omoniya (Kipr) 2:2 (66 dəq., ikinci sarı vərəqə)
17.08.2023 HJK (Finlandiya) – Qarabağ 1:2 (16 dəq., ikinci sarı vərəqə)
24.08.2023 Olimpiya (Sloveniya) – Qarabağ 0:2 (90+5 dəq., ikinci sarı vərəqə)
06.08.2024 Qarabağ – Lodoqorets (Bolqarıstan) 1:2 (89 dəq., ikinci sarı vərəqə)
26.09.2024 Tottenhem (İngiltərə) – Qarabağ 3:0 (7 dəq., birbaşa)

Rasim Mövsümzadə
İdman.biz

Məqalədə: