Eriksenlə El-Kaabinin “Qarabağ”dakı şərikləri

Xəbərlər
27 Sentyabr 2024 13:01
49
Eriksenlə El-Kaabinin “Qarabağ”dakı şərikləri

Avropa Liqasının Liqa mərhələsinin I turundan sonra futbolçuların statistik göstəriciləri açıqlanıb.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın iki oyunçusu rekordçular sırasında yer alıb.

Daim rəqib qapısına yaxın olmağa çalışan Olavio Juninyo “Tottenhem”lə İngiltərədəki qarşılaşmada 3 dəfə ofsayda düşüb. Braziliyalı hücumçu bu göstəricidə “Olimpiakos”lu Ayub El-Kaabi ilə şərikli rekordçudur.

Yassin Benzia isə künc zərbələrini yerinə yetirməklə önə çıxıb. Əlcəzairli futbolçu Londonda 7 korner yerinə yetirib. Avropa Liqasında yalnız Kristian Eriksen bunu bacarıb. “Mançester Yunayted”in yarımmüdafiəçisi də 7 dəfə künc zərbəsi ilə topu oyuna daxil edib.

Qeyd edək ki, “Qarabağ” “Tottenhem”lə səfər matçında 0:3 hesabı ilə uduzub.

İdman.biz