Yunis Hüseynov: Bu, “Qarabağ”a çox pis təsir edib”

Xəbərlər
27 Sentyabr 2024 14:18
288
Yunis Hüseynov: Bu, “Qarabağ”a çox pis təsir edib”

“Tottenhem”lə oyuna görə xeyli təəssüfləndim”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Yunis Hüseynov deyib.

O, “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsində Londonda “Tottenhem”lə qarşılaşmasını şərh edib. Təcrübəli mütəxəssis bildirib ki, rəqib 10 nəfər qalmasına baxmayaraq çox yaxşı mübarizə aparıb: “Tottenhem”in futbolçusu qırmızı vərəqə aldıqdan sonra “Qarabağ”ın xal götürəcəyinə inanırdım. Amma imkanlardan istifadə edə bilmədilər. Daha sonra 11 metrlik zərbədən də yararlanmağı bacarmadılar. Bəsit qollar buraxdıq. Matçdan öncə 2,5 saat tıxacda qalmaları da komandamıza çox pis təsir edib. Bütün bunların hamısı çox vacib amildir. Düşünürəm ki, “Qarabağ” yaxşı oyun nümayiş etdirdi. Lakin rəqib əlinə düşən fürsətdən istifadə etdi. Məncə, təmsilçimiz növbəti oyunlarda bu imkanlardan istifadə etməsə komandaya çox baha başa gələcək. Şansları dəyərləndirmək lazımdır ki, nəyəsə nail olaq”.

Qeyd edək ki, “Tottenhem” - “Qarabağ” qarşılaşması 3:0 hesabı ilə başa çatıb.

Banuçiçək Hüseynli
İdman.biz