"Barselona"ya azarkeş QADAĞAsı

Xəbərlər
27 Sentyabr 2024 15:37
291
"Barselona"ya azarkeş QADAĞAsı

“Barselona”nın Çempionlar Liqasında növbəti səfər oyununu azarkeşləri izləyə bilməyəcək.

İdman.biz xəbər verir ki, bu barədə UEFA qərar verib.

Kataloniya azarkeşləri mövsümün ilk oyununda “Monako” (1:2) ilə matçda nasist pankartı istifadə etdikləri üçün cəzalandırılıblar. Qurum “Barsa”nı bununla yanaşı, 10 min avro da cərimələyib.

Qeyd edək ki, ispaniyalılar Çempionlar Liqasında növbəti səfər oyununu noyabrın 6-da keçirəcək. “Barselona” III tur çərçivəsində Serbiya "Srvena Zvezda"sının qonağı olacaq.

İdman.biz

Məqalədə: