“Zirə” autsayderə qarşı, uğursuzlar üz-üzə

Xəbərlər
28 Sentyabr 2024 09:12
218
“Zirə” autsayderə qarşı, uğursuzlar üz-üzə

Bu gün Misli Premyer Liqasında növbəti oyunlar keçiriləcək.

İdman.biz xəbər verir ki, VIII turun ikinci gününün matçları Bakıda baş tutacaq.

Ötən mövsümün gümüş mükafatçısı “Zirə” “Kəpəz”i qəbul edəcək. Liderlər qrupunda yer alan Rəşad Sadıqovun yetirmələri mövqeyini yaxşılaşdırmaq üçün mübarizə aparacaq. Qonaqlar isə ötən mövsümün sonunda başlayan məğlubiyyət seriyasını qırmağa çalışacaq.

Məğlubiyyətləri sıralayan digər iki komanda “Neftçi Arena”da qarşılaşacaq. İlk qələbənin həsrətində olan “Neftçi” “Sumqayıt”ı sınağa çəkəcək.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

Misli Premyer Liqası
VIII tur
28 sentyabr (şənbə)
17:00. “Zirə” – “Kəpəz”
Baş hakim:
Rauf Cabarov
Zirə İdman Kompleksinin stadionu

19:30. “Neftçi” – “Sumqayıt”
Baş hakim:
Cavid Cəlilov
“Neftçi Arena”

1

Araz-Naxçıvan

7

5

1

1

10-8

16

2

Qarabağ

6

5

0

1

16-4

15

3

Sabah

7

4

2

1

16-11

14

4

Turan Tovuz

7

4

2

1

9-4

14

5

Zirə

6

4

0

2

11-5

12

6

Şamaxı

6

3

2

1

6-3

11

7

Sumqayıt

7

2

0

5

5-9

6

8

Səbail

8

1

1

6

12-17

4

9

Neftçi

7

0

4

3

2-10

4

10

Kəpəz

7

0

0

7

2-18

0

Bombardir: Cesse Sekidika - ("Sabah") - 5 qol. Coy Lens Mikels ("Sabah"), Rafael Utziq ("Zirə") - 4 qol.

İdman.biz