“Tottenhem”in futbolçusu: “Qarabağ”la oyun çox ağır oldu”

Xəbərlər
27 Sentyabr 2024 17:56
215
“Tottenhem”in futbolçusu: “Qarabağ”la oyun çox ağır oldu”

“Çox şadam ki, Ange Postekoqlu kimi baş məşqçimiz var. Mən onun pərəstişkarıyam”.

İdman.biz xəbər verir ki, bunu “Tottenhem”in futbolçusu Arçi Qrey deyib.

2-ci dəfə London klubunun start heyətinə düşən 18 yaşlı müdafiəçi Avropa Liqasının Liqa mərhələsinin I turunun “Qarabağ”la oyunu barədə fikirlərini bildirib: “Ondan çox şey öyrənmişəm. Onun burada olduğuna sevinirəm. Bu, mənim üçün böyük imkanlar açır. Ondan elə sözlər eşidirik ki, bundan sonra daha inamlı olur, qorxmaza çevrilirik. Biz hər matçda onun dediklərini etməyə çalışırıq. Avrokubokda debütüm mən və ailəm üçün fəxrdir. “Qarabağ”la oyun çox ağır oldu. Xüsusilə də ilk dəqiqələrdən sonra bunu hiss etdik. Hamının səhvləri olur. Qırmızı vərəqə alan Radu Draquşin bunu istəmədən etdi. Biz hamımız onun əvəzinə mübarizə apardıq. Təmkinimiz qorumağa çalışdıq. Futbolda hər şey ola bilər. Bunun öhdəsindən gəlmək və yola davam etmək lazımdır. “Qarabağ”la oyunda meydanda bir-birimizə kömək etdik ki, bu, ən önəmlisi idi. Ümumilikdə yaxşı oynasaq da, daha çox çalışmalı, bəzi detalları yaxşılaşdırmalıyıq. Amma istənilən halda nəticə əldə etmək yaxşı hisslər oyadır”.

Qeyd edək ki, Radu Draquşinin 7-ci dəqiqədə aldığı qırmızı vərəqədən sonra azlıqda qalan “Tottenhem” 3:0 hesablı qələbə qazanıb.

İdman.biz