Millimizin futbolçularına Çempionlar Liqasında rəqib - “Volfsburq”, “Roma” və “Lion”

Xəbərlər
27 Sentyabr 2024 18:24
150
Millimizin futbolçularına Çempionlar Liqasında rəqib - “Volfsburq”, “Roma” və “Lion”

Azərbaycan millisinin futbolçuları Kristina Bakaradze və Nazlıcan Parlakın formasını geyindiyi “Qalatasaray”ın Çempionlar Liqasında rəqibləri bəlli olub.

İdman.biz xəbər verir ki, Türkiyə klubu A qrupunda çıxış edəcək.

Püşkə əsasən, “sarı-qırmızılar” “Volfsburq”, “Roma” və “Lion”la üz-üzə gələcəklər.

Qeyd edək ki, “Qalatasaray” qadın futbolçular arasında Çempionlar Liqasında oynayacaq ilk Türkiyə klubu olacaq.

İdman.biz