Mövsümə “Şamaxı” və "Laçın" start verəcək

Xəbərlər
28 Sentyabr 2024 10:42
133
Mövsümə “Şamaxı” və "Laçın" start verəcək

Minifutbol Üzrə Azərbaycan çempionatının ilk turunun təqvimi müəyyənləşib.

İdman.biz xəbər verir ki, ilk oyunlar oktyabrın 2-də keçiriləcək.

Açılış matçında “Şamaxı” “Laçın”ı sınağa çəkəcək. Çempion “Birbaşa Bakı” isə oktyabrın 3-də meydana çıxacaq.

Azərbaycan çempionatı
I tur
2 oktyabr

19:30. “Şamaxı” – “Laçın”
21:00. “AzNur” – “Çinar Zəngilan”
22:30. “Star Bakı” – “Siyəzən”
3 oktyabr
19:15. “Birbaşa Bakı” – “Göyçə”
20:30. “Altay Fizuli” – “Zirə”
21:45. “Sumqayıt” – “Atəşgah Suraxanı”
23:00. “Qalaksi” – “Bakı 145”

Qeyd edək ki, bütün oyunlar Bakı Tennis Akademiyasında keçiriləcək.

İdman.biz