“Yuventus”dan Poqba QƏRARI

Xəbərlər
28 Sentyabr 2024 11:12
44
“Yuventus”dan Poqba QƏRARI

"Yuventus" daha əvvəl dopinqə görə cəzalanan yarımmüdafiəçisi Pol Poqbanın müqaviləsini ləğv edə bilər.

İdman.biz xəbər verir ki, Turin klubunun rəhbərliyi fransalı ilə yollarını ayırmaq niyyətindədir.

Onlar Poqbanın diskvalifikasiyasının ləğv olunmayacağına inanırlar. Polun "Yuventus"la müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, ötən ilin avqustunda Poqbanın dopinq testi müsbət nəticə verib. Bu ilin fevralında məhkəmə futbolçunun 4 il müddətinə futboldan kənarlaşdırılması qərarını təsdiqləyib. O, apelyasiyaya müraciət edib.

İdman.biz